"Qarabağ" Monteneqroyada

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində sabah səfərdə "Rudar"la qarşılaşacaq Qarabağ” Monteneqroya çatıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda  dünən 18:30-da Bakını tərk edib. Bakı-Podqoritsa reysi ilə hərəkət edən komanda 4 saatlıq uçuşdan sonra Monteneqronun paytaxtına çatıb. Podqoritsadan məskunlaşacaqları Beçiçiyaya avtobusla hərəkət edən "Qarabağ" 1 saatdan sonra otelə çatıb. Komanda yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) axşam yeməyindən sonra istirahətə çəkilib.

"Qarabağ" bu gün oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Məşq yerli vaxtla 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right