"Əminəm ki, Çernoqoriyada daha yaxşı futbol sərgiləyəcəyik"-Ansi Aqolli MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli "Rudar"a qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 


- Çətin oyun oldu. Onsuz da başqa heç nə gözləmirdik. Ola bilsin ki, rəqib komandanın adı heç nədən xəbər vermir. Amma özünüz də gördünüz ki, bu komanda adi rəqiblərdən deyil. Qol vurmaq üçün çox çalışsaq da, alınmadı. Rəqib elə qapanmışdı ki, qol vəziyyətləri yaratmaq həddən artıq çətin idi.

- Elə isə cavab oyunundan nə gözləyə bilərik?

- Cavab görüşündə daha yaxşı oyun görmək mümkün olacaq. Əminəm ki, Çernoqoriyada daha yaxşı futbol sərgiləyəcəyik və qələbə qazanacağıq.

- Dani Kintana, Alharbi Əl Jadeyui, Coşqun Diniyev necə təsir bağışladı? Sizə elə gəlmir ki, yenilər hələ "Qarabağ"a layiq futbol sərgiləyə bilmirlər?

- Bu, bizim ilk rəsmi oyunumuz idi. İlk oyunlar heç vaxt asan olmur. Mən də buraya ilk gəldiyim günlərdə asan olmamışdı. Zamanla hər şey daha yaxşı olacaq.

- Muaremin yerində indi Cavid Tağıyev oynayır. Bu, sizə problem yaratmır?

- Xeyr, yaratmır. Mən əvvəllər də Cavidlə birgə oynamışdım. Sonradan onu Elvin Məmmədov əvəzlədi. Hər şeyin qaydasına düşməsi üçün zaman lazımdır.

- 0:0 hesabı sizə üstünlük qazandırır, ya rəqibə?

- Hələ ki, hər şey açıqdır. Şanslar yenə bərabərdir. Səfərdə daha yaxşı oynaya bilsək, qələbə qazanacağıq.

- Rəqib cavab oyununda da taktikasını dəyişməsə, belə oynasa, onda necə olacaq?

- Onların müdafiə xəttini yarmağa çalışacağıq. Bizim başqa şansımız yoxdur.

- "Qarabağ" növbəti mərhələyə keçə bilməsə...

- "Rudar"a səfərdə qalib gəlsək, bu, baş verməyəcək (gülür).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right