"Rudar” kapitanı-"Amma "Qarabağ” hələ də cütün favoritidi"

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qarabağ” – "Rudar” görüşündə hesab açılmadı.

Newsport.az-ın məlumatına görə, Monteneqro təmsilçisinin kapitanı Nedelko Vlahoviç oyundan sonra açıqlamasında cütün favoritinin hələ də "Qarabağ” olduğunu söyləyib: "Qələbə qazanıb növbəti mərhələyə adlaya biləcəyimizi göstərdik.

Amma "Qarabağ” hələ də cütün favoritidir. Sadəcə, unutmaq lazım deyil ki, futbolda heç nəyi əvvəlcədən demək olmur. Daha güclü komandanın mübarizəni dayandırdığı o qədər hal olub ki. Ona görə də sona qədər mərhələni adlayacağımıza ümidimizi saxlayacağıq. Hər halda, cavab matçında əlimizdən gələninin ən yaxşısını edəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right