"Qarabağ" özünü sübut etmiş komandadı"-Elvin Məmmədov

"Meydana qələbə qazanmaq üçün çıxsaq da, ancaq alınmadı. İnşallah, cavab matçından vətənə qələbəylə qayıdarıq".

Newsport.az-ın məlumatına görə,  bu sözləri jurnalistələrə açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Məmmədov deyib.
 

Ağdam təmsilçisinin yeni transferi Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la qolsuz bərabərliklə nəticələnən görüşlə bağlı fikirlərini bölüşüb:

 

"Əslində yaxşı oynadıq, sadəcə qələbə üçün qol çatmadı. Buna da səbəbə rəqib komandanın böyük qüvvə ilə müdafiəyə çəkilməi oldu. Onlar qol buraxmamağa çalışdılar. “Rudar” bizi yaxşı təhlil etmişdi. Həm də oynaya bilən komandadı. Belə baxanda Çempionlar Liqasında zəif komanda olmur. Burda öz ölkələrinin çempionları çıxış edirlər. Buna görə də, oyun oyun asan keçmədi".

 Elvin Məmmədov rəqibin cavab matçında da eyni taktika ilə oynayacağından ehtiyatlanır:
 

"Açığı, ilk oyun həmişə çətin keçir. Bu nəticə hələ heç nə demək deyil. Biz kollektiv olaraq, gücümüzə inanırıq. "Qarabağ" özünü sübut etmiş komandadı. İnşallah, səfərdə qələbə qazanıb, mərhələ adlayan tərəf biz olarıq. O ki qaldı "Rudar"ın cavab matçında necə oynayacağına, bunu heç kim indidən deyə bilməz. Ola bilsin ki, rəqib evdə də yenə müdafiə futboluna üstünlük versin. Əsas odur ki, biz öz oyunumuzu göstərək". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right