"Seltik" qalib gəldi, "Dinamo" və "Malmö" bərabərə qaldı

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”ın oyunu ilə yanaşı daha dörd qarşılaşma keçirilib.

“Malmö” (İsveç) öz meydanında “Jalqiris”lə (Litva) 0:0 bərabərə qalıb. 
BATE (Belarus) doğma azarkeşləri önündə İrlandiyanın “Dandalk” klubuna qalib gəlib - 2:1. 

İslandiyanın “Styarnan” klubu səfərdə “Seltik”in (Şotlandiya” qonağı olub. Bu görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Xorvatiya “Dinamo”su isə Lüksemburqun “Fola” klubunu qəbul edib. Zaqreb təmsilçisi "cırtdan ölkə" təmsilçisinin müqavimətini qıra bilməyib - 1:1.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları 21-22 iyul tarixlərində keçiriləcək. 





15 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları

21:30. "Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro) - 0:0 

22:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva) - 0:0 

22:30. BATE (Belarus) - "Dandalk" (İrlandiya) - 2:1 
Qollar: 
Karnitski, 11 (1:0), McMillan, 32 (1:1), Yablonski, 38 (2:1)

23:45. "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya) - 2:0 
Qollar:
 Boyata, 44 (1:0), Yohansen, 56 (2:0)
 
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fola" (Lüksemburq) - 1:1
Qollar: 
Hadji, 25 (0:1), Henrikez, 36 (1:1)
Qırmızı vərəqə: Ronni, 64 ("Fola")



14 iyul

"Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova) - 0:1
Qol: 
Antoniuk, 41 (0:1)

"Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:1 
Qol: 
İqiebor, 21 (0:1), Silva, 74 (1:0), Lima, 85 (2:1)

"Molde" (Norveç) - "Pünik" (Ermənistan) - 5:0 
Qol: 
Elyounoussi, 36 (1:0), 44 (2:0), Kamara, 84 (3:0), 90+2 (4:0), Mostörm, 90+5 (5:0)

"Skenderbeu" (Albaniya) - "Kruzaders" (Şimali İrlandiya) - 4:1 
Qollar:  
Nimaqa, 15 (1:0), Salihi, 34 (2:0), Ovens, 48 (2:1), Berişa, 76 (3:1), Salihi, 83 (4:1)

TNS (Uels) - "Videoton" (Macarıstan) - 0:1 
Qol:
 Qyurukso 77

"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan) - 1:0 
Qol: 
Suler, 5 (1:0) 

"Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya) - 0:2 
Qollar: 
Stanku, 63, Hamroun, 70

"Partizan" (Serbiya) - "Dila" (Gürcüstan) - 1:0 
Qol: 
Baboviç, 83 (1:0)

"Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa) - 0:2 
Qollar: 
Hamalaynen, 40 (0:1), Zomalla, 62

"Ventspils" (Latviya) - HİK (Finlandiya) - 1:3 
Qollar: 
Zigayevs, 63 (1:0), Zeneli, 75-pen (1:1), Jallov, 86 (1:2), Tanaka, 90+2 (1:3)

APOEL (Kipr) - "Vardar" (Makedoniya) - 0:0

"Mitdilland" (Danimarka) - "Linkoln" (Cəbəllürariq) - 1:0 
Qol: 
Rasmussen, 33 (1:0)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right