"Sadəcə bəxtimiz gətirmədi"-Ansi Aqolli

"Pis oynadığımızı düşünmürəm. Qol vurmaq üçün əlimizdən gələni etdik. Sadəcə bəxtimiz gətirmədi". 

Bu sözləri 
Newsport.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la bərabərə qaldıqları ilk oyundan (0:0) sonra deyib.


Albaniyalı futbolçu səfərdə qələbə qazanaraq mərhələ adlamağa çalışacaqlarını bildirib: "Rudar yaxşı komandadır. Ən azından rəqibi yaxşı analiz edib, necə mübarizə aparmalı olduqlarını bilirlər. 

Demək olmaz ki, "Qarabağ" üçün hər şey bitib. Hələ cavab matçı var və çalışacağıq ki, rəqibi öz meydanında məyus edək. Amma yenə də hər iki komandanın mərhələ keçmək üçün şansları qalıb. Bilirik ki, Monteneqrodakı matçda yaxşı nəticə qazanmalıyıq. Lakin bu heç də asan olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right