"Sadəcə bir az fərqli futbolu oynamağa başlamışıq"-Maksim Medvedev MÜSAHİBƏ

"Qarabağ" - "Rudar" matçından sonra Maksim Medvedev Newsport.az-a müsahibə verib:

 


- Görüş barədə nə deyəcəksən?
-"Rudar” özünü ən yaxşı tərəfdən göstərdi. Demək olarki, rəqib qapısı qarşısında yüz faizli qol epizodu yarada bilmədik. Görünür ki, bizi yaxşı analiz ediblər. Müdafiə futbolu seçmişdilər. Özümüzü ikinci oyunda yaxşı tərəfdən göstərməyə çalışacağıq. Ümidvaram ki, evdə onlar açıq futbol oynayacaqlar.


- “Qarabağ”a nə çatmadı?
- Qol çatmadı. Hər şey etdik. Topa dad aha çox biz sahib idik, amma qol gəlmədi.

 

- Bəxtsizlikdi bunlar, yoxsa yeni gələnlər özünü tam göstərə bilmədi?
- İki oyunçunun getməsi və ikisinin gəlməsi oyunu elə də dəyişə bilməz. Ümid edirəm cavab matçında bu hiss olunmayacaq.

 

- Ötənilki “Qarabağ”la builki arasında fərq hiss edirsən?
- Buna siz qərar verə bilərsiz. Mənim üçün komanda eyni futbolu oynayır. Sadəcə bir az fərqli futbolu oynamağa başlamışıq. Bu da yeni oyunçuların gəlişi ilə bağlıdı.

 

- Amma Corc Leroyla sizə daha asan olardı…
- Biz onunla az oyun oynamamışıq. Hardasa 40-60 matçda oynamışdıq. Yenilərə də vaxt lazımdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right