"Cavab matçının da favoriti "Qarabağ"dır"

“Futbolçularımı təbrik edirəm. Tapşırıqlarımın hamısını yerinə yetirdilər. Oyundan çox razıyam”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Rudar”ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Cavab qarşılaşması haqda nə düşünürsünüz?

- Bilirik ki, rəqib yaxşı komandadır. Növbəti matçın favoriti də “Qarabağ”dır. 

- Hiss olunurdu ki, komandanız sırf müdafiədən oynayır. Düşünmürsünüz ki, “Qarabağ”la ilk oyundakı heç-heçə sizin üçün yaxşı nəticə deyil? Çünki “Qarabağ” səfərdə qol vursa, işiniz çətin olacaq.

- Təbii ki, düşünürük. Ancaq biz də qol vura bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right