Muarem-"Uğurlar "Qarabağ"

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem keçmiş komandasına Çempionlar Liqasında uğurlar arzulayıb.

Newsport.az-ın məlumatına görə, makedoniyalı futbolçu bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Yazıda deyilir: "Qarabağ"a bugünkü Çempionlar Liqası matçında uğurlar arzu edirəm. Qəlbim onlarladır. Uğurlar "Qarabağ"!".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Rudar" oyunu saat 21:30-da başlayacaq.

Xatırladaq ki, 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edən Muarem keçirdiyi 99 oyunda 17 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right