“Qarabağ” yeni tranferini sifariş etdi

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə ilk oyun öncəsi daha bir futbolçu sifariş edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu hollandiyalı yeni transferi Raydell Puponu UEFA-ya göndərdiyi iştirak ərizəsinə daxil etdirib.

Bu isə onun "Rudar"la oyunda iştirak etmək hüququ qazandığından xəbər verir. Amma baş məşqçi Qurban Qurbanovun ona bu oyunlarda şans verməsi ehtimalı çox azdır.

Qeyd edək ki, "Qarabağ"ın "Rudar"la ilk oyunu bu gün Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right