"Rudar"ının baş məşqçisi: “Qarabağ” "Neftçi"dən çox güclü komandadır"

“Bizim üçün çətin oyun olacaq. “Qarabağ”ı yaxşı tanıyırıq. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bilirik ki, ötənilki heyəti qoruyub saxlayıblar. Rəqibin bəzi oyunlarını izləmişik. Avropa komandalarından fərqlənmir. “Qarabağ”a hörmət edirik. Ancaq sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Sonda bilinəcək ki, qalib kim olacaq”.


Newsport.az-ın məlumatına görə, bu sözləri “Rudar”ın baş məşqçisi  Mirko Mariç Çempionlar Liqasının II təsnifa mərhələsində “Qarabağ”la ilk  oyun öncəsi keçirilən  mətbuat konfransında deyib.

- “Qarabağ” haqda nələr bilirsiz?

- Bilirik ki, burada həm köhnə, həm də yeni futbolçular var. “Qarabağ”ın maddi imkanı ələ verir ki, onlar istədiyi futbolçunu ala bilsin.

- Bundan əvvəl də Azərbaycan və Monteneqro klubları üz-üzə gəlib. Siz Azərbaycan futbolu barədə nə düşünürsüz?

- Biz “Neftçi” və “Mladost” un hər iki oyununa baxmışıq. Amma “Qarabağ” “Neftçi”dən daha güclü klubdur. Buna görə də bu komandaları eyniləşdirmək olmaz.

- Heyətlə bağlı hansısa probleminiz var?

- Bir nəfər zədəli futbolçumuz var. Yapon əsilli oyunçumuzdur. Başqa problemimiz yoxdur.

- Sabah stadionda ən azı 20 min azarkeş olacaq. Sizin komanda bu qədər azarkeş qarşısında meydana çıxıb?

- İki il əvvəl Avroliqada Polşa klubuna qarşı səfərdə 30 min azarkeş qarşısında oynamışdıq. “Qarabağ” bu qədər azarkeş qarşısında oynamağa öyrəşib. Bizdə isə ən çox 1200 azarkeş olur.

- Sabah konkret hansı nəticə üçün oynayacaqsız?

- Meydana ancaq qələbə üçün çıxacağıq. Təbii ki, rəqib buna imkan versə.

Həsənov Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right