Qurban Qurbanov: "Bu dəfə ÇL-də böyük uğurlar qazanmaq istəyirik" MÜSAHİBƏ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

"Sizi yenidən görməyimə şadam. Bu, Çempionlar Liqasında yeni səhifədir və biz böyük uğura nail olmaq istəyirik. Ötən dəfə ÇL-dəki çıxışımız alınmadı. Baxmayaraq ki, mövsüm bütövlükdə uğurlu keçdi. "Rudar"la matç bizim üçün çox vacibdir. Ona görə də komandanı ən yüksək səviyyədə hazırlamağa çalışdıq. Fikrimcə, oyuna yanaşma pis deyil".

 

Sabahkı start heyəti müəyyənləşdirmisiniz? 

- Bəli, artıq heyəti müəyyən etmişəm.

- Bu gün “Qarabağ”a yeni hücumçu qoşuldu. Onun bir qədər gec gəlməsi planlarınıza təsir edəcəkmi?

- İnanmıram ki, bu, bizə təsir etsin. İndi oyunçu tapmaq çox çətindir. Çünki Türkiyə və Rusiyada legioner limitini götürüblər. Azad agent statusu olan futbolçu tapmaq builki qədər çətin olmamışdı. Biz də bir neçə futbolçu ilə danışıqlar aparırdıq. Ancaq bəziləri ilə razılaşmaq mümkün olmadı. Əsas odur ki, yeni hücumçu oyun üslubumuza uyğun olsun.


- Komandanızdan kəmiyyət və keyfiyyət baxımından razısınız?

- İndi hər bir komandada problem var. Heç bir komanda oyun baxımından ideal formada deyil. Düzdür, Avropa təcrübəmiz var, amma istədiyimiz oyun keçfiyyəti bir müddətdən sonra olacaq. Komandaya bir neçə gənc futbolçu cəlb etsik, iki legioner gətirdik. Ancaq yenə də yaxşı tranferə ehtiyacımız var.

- Bir sıra yerli və xarici futbolçular aldınız. “Qarabağ”ın oyununda hansı dəyişiklik olacaq?

- Çalışmışam ki, heç vaxt oyun tərzini dəyişməyim. Əksinə, mövcud sistemi bir qədər də təkmilləşdirmək istəyirəm. Yeni oyunçulara da bunu başa salıram.

- Rəqib futbolçularının bir çoxu “Qarabağ”ın qol silahı ola Reynaldodan çəkinir. Yəqin ki, sabahkı oyunda bütün diqqət Reynaldoda olacaq. Siz bununla bağlı nə tədbir görəcəksiniz?

- Bu, normaldır. Hər bir komanda Reynaldo kimi oyunçuya sahib olmaq istəyir. Çalışırıq ki, Reynaldo hər dəfə oyun performansını bir qədər də yaxşılaşdırsın. Çünki rəqiblər onu hər zaman diqqətdə saxlayır. Bizim də müəyyən planlarımız var. 

- Rəqib haqda çox ehtiyatlı danışırsınız. Həqiqətənmi ehtiyatlanırsınız, yoxsa həmişəki kimi təvazökarlıq edirsiniz?

- Həmişə rəqiblərə hörmət edirik. Ancaq sabah görəcəksiniz ki, bu komanda topla necə davranır. Həm də bizi yaxşı analiz ediblər. Biz həmişə düzünü deməyə çalışırıq.

- Sabah “Qarabağ”ın mömin futbolçuları oruc tutacaq, yoxsa onlara bununla bağlı qadağa qoyacasınız?  

- Mən bu yöndə heç kimə qadağa qoymuram. Heyəti seçəndə də buna fikir vermirəm.

- “Bakı”nın futbolçusu  Mahir Mədətovu transfer etmək planınız var?

- Onunla bir müddət əvvəl maraqlanırdıq. İndi də marağımızdadır. Bununla bağlı “Bakı” klubunun cavabı da bizim üçün vacibdir.

Həsənov Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right