Fariz Yusifov Çempionlar Liqasında

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub.

Newsport.az-ın məlumatına görə, FİFA dərəcəli hakimimiz Rəhim Həsənov viza problemi ilə üzləşdiyi üçün Kiprə gedə bilməyib.

Onun əvəzinə sabiq FİFA hakimi Fariz Yusifov təyinat alıb. O, 4-cü hakim funksiyasını yerinə yetirəcək. Beləliklə, F.Yusifov uzun fasilədən sonra yenidən beynəlxalq oyunlarına təyinat alıb.

Qeyd edək ki, azərbaycanlı hakimlər briqadasına Əliyar Ağayev başçılıq edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right