"Rudar"ın çalışdırıcısı: "Komandamızın böyük potensialı var"

Çernoqoriyanın "Rudar" klubunun məşqçisi Vuko Boqavaç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Fikrimcə, "Qarabağ"la ilk oyuna qədər 70-80 faiz hazır olacağıq. Bu ilk oyunda tərifəlayiq futbol sərgiləməyimiz üçün kifayət etməyə bilər. Amma ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanmağımıza bəs edəcək. Çünki biz iki oyunun nəticəsinə görə üstün tərəf olmaq istəyirik. Bunun üçün isə ilk oyunda da özümüzü yaxşı tərəfdən göstərməyə borcluyuq".

Məşqçinin sözlərinə görə, "Rudar" yaxşı şans əldə edib: "Uşaqlarımıza inanıram. Onlar da gözəl başa düşürlər ki, klubumuz, ölkəmiz və özləri üçün tarixi bir uğura imza atmaq şansı əldə ediblər".

Boqavaç Rusiyanın "Mordoviya" klubu ilə yoxlama oyununda 2:4 hesablı məğlubiyyətə də münasibət bildirib: "Rəqibimiz fiziki cəhətdən bizdən daha yaxşı hazırlıqlı idi. Bir saat ərzində yaxşı futbol sərgiləməyi bacardıq. Amma matçın sonlarına doğru yorğunluq özünü göstərdi. Bu oyun bir daha göstərdi ki, biz istənilən rəqiblə lazım olan səviyyədə rəqabət apara bilərik. Komandamızın böyük potensialı var".

Qeyd edək ki, "Qarabağ"la "Rudar" arasındakı ilk oyun iyulun 15-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right