"Rudar"ın qapıçısı "Qarabağ"ı keçəcəklərinə əmindi

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la üz-üzə gələcək Monteneqronun  “Rudar” klubunun qapıçısı Miloş Radanoviç bu oyun barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı təcrübəli qolkiper “Qarabağ” sədini keçə biləcəklərinə inandığını açıqlayıb:

“Azərbaycan çempionuna qarşı oynayacağıq. Rəqibimizin bir neçə oyununun diskinə baxmışıq.   Texnikalı oyuna üstünlük verirlər. Heyətində səviyyəli futbolçular var. “Qarabağ” bir neçə gün əvvəl yoxlama matçında qarşılaşdığımız “Mordiviya”ya bənzətmək olar. Bu komandaların oyun stilində oxşarlıq var.

Biz ilk oyundan sərfəli nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, iki oyunun nəticəsində görə növbəti mərhələyə yüksələ bilərik. "Qarabağ" səddini keçə bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right