“Qarabağ”la heç-heçə bizi qane etmir” – “Rudar”ın futbolçusu

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Monteneqro çempionu “Rudar”ın müdafiəçisi Corce Djuriç müsahibəsi

- Azərbaycan çempionu sizin üçün necə rəqibdir?

-  “Qarabağ” güclü komandadır. Bizi Azərbaycanda çox çətin oyun gözləyir. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq. Düzdür, asan olmayacaq. Amma biz Bakıya elə-belə getmirik. 

- Azərbaycan futbolu haqqında hansısa məlumatınız varmı?

- Yox, elə də çox məlumatım yoxdur. Amma mənim bir vaxtlar sizin ölkədə oynayan futbolçu dostlarım var. Onalar hər zaman Azərbaycan futbolu haqqında  yaxşı sözlər danışırlar. Həmin futbolçulardan bir az məlumat öyrənmişəm.

- Söhbət hansı futbolçulardan gedir?

- Bir vaxtlar Azərbaycan milli komandasının şərəfini qoruyan Branimir Subaşiç və “Qəbələ”də  oynamış Lyubo Baranin.

- “Qarabağ” klubu haqqında nə bilirsən?

- Bildiyimə görə, “Qarabağ” Azərbaycanın ən yaxşı kamndasıdır. Bu klubun yaxşı futbolçuları var. Hücum xətti çox güclüdür. Həm də təcrübəli baş məşqçiyə sahibdirlər. “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını da izləmişəm. Avropanın tanınmış klubları ilə başa-baş mübarizə apardılar. Hətta deyə bilərəm ki, qrupdan çıxmağa da layiq idilər.

- Rəqibinizin heyətində hansı futbolçuları tanıyırsan?

- Bir çoxununun adını çəkə bilərəm. Amma mənə görə ən yaxşısı Reynaldodur.

- Bakıya hansı nəticə üçün gələcəksiniz?

- Bakıda əsas məqsədimiz qələbə qazanmaq olacaq. Düzünü desəm, heç-heçə də istəmirik. Çünki “Qarabağ” güclü komandadır, səfərdə də yaxşı çıxış edir. İlk oyunda elə nəticə qazanmalıyıq ki, cavab qarşılaşmasında işimiz çətin olmasın.

- Yəni oyun heç-heçə bitərsə, komandanız üçün uğursuz nəticə olacaq?

- Uğursuz deməzdim, amma cütün taleyini həll etmək üçün kifayət etməyəcək. Yenə də qeyd edirəm ki, “Qarabağ”ın gücünə bələdik və  bizə ancaq qələbə sərf edəcək. Səfərdə qazanacağımız bərabərlik növbəti mərhələyə keçmək üçün uğurlu nəticə deyil.

- “Qarabağ”ı Bakıda məğlub edə biləcəyinizə inanırsınız?

- Bu oyundur. Hər şey ola bilər. Biz inanaraq meydana çıxacağıq.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right