Qarabağ ÇL üçün heyətini açıqladı

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqası üçün heyətini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu UEFA-ya göndərdiyi sifariş ərizəsinə 24 futbolçunun adını daxil edib.

Baş məşqçi Qurban Qurbanov heyətdə 3 qapıçıya, 9 müdafiəçiyə, 11 yarımmüdafiəçiyə, 1 hücumçuya yer verib.

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 23. Tural Rzayev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Daniel Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 33. Eltun Turabov, 67. Alharbi El Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.
Hücumçu: 99. Namiq Ələsgərov.

Qeyd edək ki, Azərbaycan çempionu ÇL-in ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Ağdam klubunun ilk rəqibi Çernoqoriya "Rudar"ıdır. Bu komanda ilə ilk oyun iyulun 15-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right