"Qarabağ" - "Rudar" matçının hakimləri məlum olub

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 15-də keçiriləcək "Qarabağ" - "Rudar" matçını idarə edəcək hakimlər açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matç rumıniyalı hakimlıər briqadasına həvalə olunub.

Görüşün baş hakimi Sebastyan Konstantin Koltesku olacaq. Ona Radu Adrian Ștefan Ginqulyak və Mirça Mixail Qriqoryu kömək edəcək. 4-cü hakim isə George Katalin Qaman olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:30-da start götürəcək.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right