ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Newsport.az-in məlumatına görə, bu ada İspaniya “Real”ının hücumçusu Kərim Benzema layiq görülüb.

35 yaşlı fransalı forvard ötən gecə doğma meydanda Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb. Nəticədə iki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan Madrid klubu 1/4 finala adlayıb.

Xatırladaq ki, ÇL-də həftənin ən yaxşı oyunçusu adına Robert Levandovski (“Bayern”, Almaniya), Fernandinyo (“Mançester Siti”, İngiltərə) və Milan Şkrinyar (“İnter”, İtaliya) da namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right