Podqoritsada qalmaqal: "Mladost" və "Neftçi futbolçuları arasında yumruq davası

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Mladost" - "Neftçi" matçından sonra dava düşüb.

Newsport.az-ın məlumatına görə, görüşün final fitindən sonra "Neftçi"nin ehtiyat oyunçuları ilə rəqib futbolçular arasında gərginlik yaşanıb.

Hakimlər, məşqçilər və davada iştirak etməyən futbolçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Bundan sonra hər iki komandanın futbolçuları meydanı tərk ediblər.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. Bakıdakı görüşdə 2:2 hesabı qeydə alındığından Monteneqro klubu səfərdə iki qol vurduğu üçün növbəti mərhələyə adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right