16 yaşında Çempionlar Liqasında debüt etdi

“Sportinq”in futbolçusu Rodriqu Ribeyru adını Çempionlar Liqasının tarixinə yazdırıb.

Newsport.az-ın məlumatına görə, o, 16 yaş 315 günlüyündə ÇL-in 1/8 final matçına - “Mançester Siti” ilə dünənki görüşün 89-cu dəqiqəsində meydana daxil olub. Bununla da ÇL-in pley-off mərhələsində oynayan ən gənc futbolçu kimi turnirin tarixinə düşüb.

Qeyd edək ki, ÇL-də debüt etmiş ən gənc futbolçu isə Yusuf Mukokodur. O, ilk dəfə 2020-ci ildə, 16 yaş 18 günlüyündə komandası “Borussiya” (Dormund) ilə ÇL-in qrupunda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right