Fariz Nəcəfov: "Komandamız bu gün bizə qələbə bəxş etməlidir"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Nəcəfov həm oyun, həm də bu matçdakı mümkün təxribat əməllərindən danışıb:

"Qələbədən başqa heç nə barədə düşünmək isəmirəm. Futbolda hər şey ola bilər. Amma komandamız bu gün bizə qələbə bəxş etməlidir. "Qəbələ"nin bu gün qələbə qazanacağına inanıram. Başqa yolumuz sadəcə, yoxdur. Tiflisdə baş verən olaylara cavab verməyə gəlincə, rəsmi olaraq heç nəyə hazırlaşmırıq. Amma böyük ehtimalla azarkeşlərimiz öz mövqelərini bildirəcəklər. Sizi əmin edirəm ki, hər şey sivil formada olacaq. Artıq təhlükəsizlik orqanları ilə əlaqə saxlamışıq. Təxribat xarakterli bannerlər arenaya buraxılmayacaq. Biz futbolu siyasətə qarışdırmağa imkan verməyəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right