ÇL-nın finalı Kiyevdə?

Ukrayna Futbol Federasiyası 2017/18 mövsümündə Çempionlar Liqasının finalını Kiyevin "Olimpiski" stadionunda keçirmək üçün namizədliyini təqdim edib.

Newsport.az-ın məlumatına görə, federasiyanın prezidenti Andrey Pavlenko ciddi rəqiblərinin olmayacağına ümid etdiyini bildirib.

"Bu məsələni Platini ilə müzakirə etmişik. Azarkeşlərin davranışı üzrə Kiyevin problemi olmamalıdır. Düşünürəm ki, onlar da anlayır ki, komandanı sivil yolla dəstəkləmək lazımdır. Ümid edək ki, ciddi rəqiblərimiz olmayacaq. Hər kəs Kiyevin iddialı olduğunu, yəqin ki, anlayar. İnanıram ki, ölkələr və federasiyalar 2018-ci ildə Çempionlar Liqasının finalını Kiyevin qəbul etməsinə dəstək verəcək".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right