"Çelsi"nin qapıçısı ÇL tarixinin rekordçusu oldu

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Çelsi" - "Lill" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, "Stemford Bric"də baş tutan görüş İngiltərə təmsilçisinin qapıçısı Eduard Mendi üçün əlamətdar olub.

Belə ki, indiyədək qitənin ən nüfuzlu klub turnirində 18 oyun keçirmiş Mendi bunların 14-də qapısını toxunulmaz saxlamağı bacarıb. Seneqallı qolkiper "quru oyunlar"ın faizinə görə ÇL tarixində 5 matçdan çox oynamış qapıçılar arasında ən yaxşı göstəriciyə malikdir.

Mendi 2020-ci ilin sentyabrında Fransanın "Renn" klubundan transfer edilib. Bu keçid "Çelsi"yə 24 milyon avroya başa gəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right