"Qarabağ" azarkeşlərinin nəzərinə: biletlər nə vaxt satışa çıxarılacaq?

Ölkə çempionu “Qarabağ” iyulun 15-də  Çempionlar Liqasında ilk sınağına çıxacaq.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun komandası ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Rudar”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq qarşılaşmanın biletləri İyulun 10-dan etibarən satışda olacaq.

Azarkeşlər biletləri Respublika stadionunun kassalarından əldə edə biləcəklər.

Çempionlar Liqası matçı üçün biletlərin satış qiyməti  1, 2 və 20 AZN-dir.

12-17-ci və 29-38-ci sektorlar üçün bilet qiyməti 2 AZN, digər sektorlar isə 1 AZN-dir. VİP bölməyə biletin qiyməti isə 20 AZN-dir.

VİP bölməyə biletin qiyməti isə 20 AZN nəzərdə tutulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right