"Qarabağ"ın cavab matçının başlama vaxtı məlum oldu

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan) cavab oyununun vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşmada iyulun 22-i, Petrovaç şəhərinin “Pod Malim Brdom” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu gün komandalar arasında ilk görüş iyulun 15-də  Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşma saat 21:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right