AFFA Çempionlar Liqasının finalından rəsmən imtina etdi

Bakı 2017-ci ildə Çempionlar Liqasının finalını qəbul etmək üçün namizədliyini irəli sürməyəcək.
 
Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb: 
 
"Belə stadiona malik olduğumuz halda Çempionlar Liqasının və ya Avropa Liqasının final matçlarının keçirilməsinə namizəd olmaq istərdik.Yaxın illərdə Bakının keçirməyi planlaşdırdığı tədbirlər siyahısı samballıdır. Bu tədbirlər arasında gənclər arasında futbol üzrə Avro-2016, "Formula-1”, Olimpiada, İslamiada var. Biz Avropa kuboklarının finalları barədə də düşünürük, amma bunlar hamısı hələlik ideyalarımızdır, onların yazılı təsdiqi yoxdur.Həmin il bizdə İslam həmrəylik oyunları planlaşdırılıb, "Formula-1”in mərhələsi də olacaq. Ona görə də istəmirik ki, bu hadisələr bir-birinə mane olsun. Futbol finalının keçirilməsi böyük qüvvə tələb edən nəhəng tədbirdir” deyə baş katib bildirib.
 
Keçmiş postsovet məkanında Avrokubokların finalı ilk dəfə Moskvanın "Lujniki" (2008) arenasında keçirilib. Avqustun 11-də isə Tbilisidə UEFA Superkuboku matçı baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right