ÇL-də qrup mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Newsport.az məlumatına görə, F qrupunun son matçında "Atalanta"  "Vilyarreal"ı qəbul edib. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində xallarını 10-a çatdıran "Vilyarreal" qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Sözügedən görüş ötən gün güclü qar səbəbindən  təxirə salınmışdı. 

Bu qrupda İngiltərə "Mançester Yunayted"i ilk pillənin sahibi kimi 1/8 finala çıxıb. İsveçrə "Yanq Boyz"u isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

6-cı turdan təxirə salınmış oyun

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3

Qollar: Malinovski, 71, Sapata, 80 – Danjuma, 3, 51, Kapue, 42

1

Mançester Yunayted

6

3

2

1

11

8

11

2

Villarreal

6

3

1

2

12

9

10

3

Atalanta

6

1

3

2

12

13

6

4

Yanq Boyz

6

1

2

3

7

12

5

Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right