"Rudar"ın kapitanı "Qarabağ"a meydan oxudu

"Rudar" klubunun kapitanı Necelko Vlahoviç Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu bu mərhələdə qarşılaşacaqları "Qarabağ"ın cütün favoriti olduğunu bildirib:

"Qarabağ" favoritdir, ancaq bunu meydanda sübut etməlidirlər. Biz yaxşı oynamaq üçün hazırlaşacağıq. Nələr olacağını görəcəyik. Avrokuboklarda autsayder komandanın sürpriz etməsi ilk olmayacaq".

"Rudar" və "Qarabağ" arasında ilk oyun 14 və ya 15 iyul tarixlərində Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Monteneqroda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right