Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, namizədlər arasında yarımmüdafiəçi Noa Okafor ("Zaltsburq"), müdafiəçi Deyli Blind ("Ayaks"), qapıçı Alisson Beker ("Liverpul") və müdafiəçi Sebastyan Koates ("Sportinq") yer alıb.
Qeyd edək ki, qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra aydınlıq gələcək.