"Qəbələ"nin oyununda ukraynalı hakimlər

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, Çempionlar yolunda mübarizə aparacaq U-19 komandasının Niderland “Alkmaar”ı ilə qarşılaşmasına Ukraynadan olan hakimlər təyinat alıb. 

Sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Viktor Kopilevski olacaq. Ona həmyerliləri Vitali Skobila və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, matç saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right