Xavi: "Messi səhnəyə çıxandan sonra hər şeyi dəyişdi"

"Barselona"nın canlı əfsanəsi olan Xavi klubda keçirdiyi son oyundan sonra mətbuata açıqlama verib. 

Newsport.az-ın məlumatına görə,Çempionlar Liqasının final qarşılaşmasında 17 illik komandasının heyətində 900-cü oyununa çıxaraq "Barselona" karyerasında son nöqtəsini qoyub. "Danışılacaq heç nə yoxdu. Komandamdan ayrılıram amma sonluqda Çempionloar Liqasının qalibi olmaq çox möhtəşəmdir. Belə bir son mənim üçün də inanılmaz oldu". 

İspan yarım müdafiəçi final qarşılaşmasının gedişindən də danışıb: "Çətin final oldu. İkinci hissədə üstünlük onlarda oldu. Messi səhnəyə çıxandan sonra hər  şeyi dəyişdi. Messi və biz, bir komanda olmaqla daha bir uğuru qazandıq". 

Qeyd edək ki, Xavi, gələcək karyerasını "Al Shaab" komandasında davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right