Messi, Neymar və Ronaldo bombardir oldu

Çempionlar Liqasında 2014/2015 mövsümünün ən məhsuldar futbolçuları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu nominasiyada üç futbolçu fərqlənib.

Bunlar "Barselona"dan Lionel Messi, Neymar və "Real"dan Kriştiano Ronaldodur. Hər üç futbolçu mövsüm ərzində vurduqları 10 qolla Çempionlar Liqasının bombardirləri olublar.

Qeyd edək ki, Messi və Neymar "Barselona"nın heyətində finalda "Yuventus"a 3:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right