Çempionlar Liqası: “Qalatasaray”la “Kayrat” da mübarizəni dayandırdı Yenilənib

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə daha 9 qarşılaşma keçirilib.

Ölkəmizi turnirdə təmsil edən "Neftçi" "Olimpiakos"u qəbul edib. Yunanıstandakı ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan "ağ-qaralar" bu görüşdə də eyni hesabla məğlub olaraq ÇL-lə vidalaşıb. 

"Olimpiakos" isə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Lüdoqorets"i ilə üz-üzə gələcək. "Lüdoqorets" Sloveniya "Mura"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:0, 3:1.

Türkiyənin "Qalatasaray" klubu isə Niderland PSV-sini qəbul edib. Səfərdə 1:5 hesabı ilə uduzan İstanbul təmsilçisi evdə də rəqibinə uduzub - 1:2.


28 iyul

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

21:00. "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:1
İlk oyun - 0:1.

21:00. "Şerif" (Moldova) - "Alaşkert" (Ermənistan) - 3:1
İlk oyun: 1:0.

21:30. ÇFR (Rumıniya) - "Linkoln" (Cəbəllütariq) - 2:0
İlk oyun - 2:1.

21:45. "Midtüllan" (Danimarka) - "Seltik" (Şotlandiya) -2:1
İlk oyun - 1:1.

22:00. "Qalatasaray" (Türkiyə) - PSV (Niderland) - 1:2
İlk oyun - 1:5

22:00. “Lüdoqorets” (Bolqarıstan) - "Mura" (Sloveniya) - 3:1
İlk oyun - 0:0

22:15. “Yanq Boyz” (İsveçrə) - “Slovan” (Slovakiya) - 3:2
İlk oyun - 0:0

22:30. "Srvena Zvezda" (Serbiya) - "Kayrat" (Qazaxıstan) - 5:0
İlk oyun - 1:2

22:30. "Sparta" (Praqa, Çexiya) - "Rapid" (Vyana, Avstriya) - 2:0
İlk oyun - 1:1


27 iyul

“Flora” (Estoniya) – “Legiya” (Polşa) - 0:1
İlk oyun: 1:2

HİK (Finlandiya) – “Malmö” (İsveç) - 2:2
İlk oyun: 1:2

“Omoniya” (Kipr) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:1
İlk oyun: 0:2

“Jalqiris” (Litva) – “Ferensvaroş” (Macarıstan) - 1:3
 İlk oyun: 0:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right