"Neftçi" hər iki oyunda bizə çətin anlar yaşatdı" - Pedro Martinş

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Olimpiakos" (0:1) matçından sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Pedro Martinş jurnalistlərin suallarını cavablandırıb.

- Çətinliyə baxmayaraq növbəti mərhələyə yüksələ bildiz. Matç barədə hansı fikirdəsiz?
- Uşaqlar əlindən gələni etdilər. Halbuki təcrübəsi az olan oyunçularımız çox idi. Hamı yaxşı oynadı və təcrübə qazandı. Üç ildi ki, bir yerdəyik və çətin durumlardan da birlikdə çıxırıq. Çətin vəziyyətdən layiqli çıxdıq. Halbuki kadr problemlərimiz var idi.

- Komanda yeni mövsümün hazırlığını keçir. Yekunu necə dəyərləndirirsiz?
- Təcrübəli komandaya qarşı oynadıq. “Neftçi”nin yaxşı futbolçuları, yaxşı baş məşqçisi var. Bu bizim üçün əla təcrübə və yaxşı hazırlıq oldu. Çətinliyə baxmayaraq, layiqli oynadıq. Halbuki Bakıya itkilərlə gəlmişdik.

- “Neftçi” sizi nə ilə təəccübləndirdi və hansı futbolçunu bəyəndiz?
- “Neftçi” çox keyfiyyətli komandadı. Emin Mahmudovu və Yusuf Lavalı qeyd etmək istəyərdim. Onlar bizə çətinlik yaratdı. Hər iki matçda da “Neftçi” bizə çətin anlar yaşatdı. Harramiz Soareş və Mamadu Kane də yaxşı oyunçulardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right