Namiq üzündən ağır zədə aldı, qan içində meydanı tərk etdi

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Neftçi" "Olimpiakos"un qonağıdı.

Newsport.az-ın məlumatına görə, "Ağ-qaralar" bu matçda ciddi itki ilə üzləşib. 43-cü dəqiqədə komandanın forvardı Namiq Ələsgərov zədələnib. Rəqib futbolçu Madi Kamara onun üzünə zərbə endirib. Bundan sonra Namiq mübarizəni davam etdirə bilməyib. O, 45+6-cı dəqiqədə qan içində meydanı tərk edib və yerini Mirabdulla Abbasova verib.

Madi Kamara birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

İlk hissədən sonra hesab 1:0 "Olimpiakos"un xeyrinədi.

Namiqin üzündən ağır zədə aldığı epizodu təqdim edirik.


 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right