Xavidən möhtəşəm rekord

“Bavariya” – “Barselona” oyununun gedişində sonradan meydana daxil olan Xavi Hernandes yeni bir rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, “Barselona”nın 35 yaşlı yarımmüdafiəçisi Çempionlar Liqasında 150-ci dəfə meydana çıxıb ki, bu da turnirin tarixində ilk belə hadisədir.

Çempionlar Liqası tarixində ən çox oyun keçirən oyunçu kimi rekord qıran yarımmüdafiəçinin bu uğuru sadəcə bir gün davam edəcək kimi görünür. Çünki, bu matça qədər Xavi ilə eyni sayda – 149 oyun keçirmiş, bir başqa əfsanə İker Kasillas digər yarımfinal görüşündə “Yuventus”a qarşı meydana çıxmaqla “Barselona”lı futbolçuya ortaq olmuş olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right