Messi yenidən Ronaldonu geridə qoydu

Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib.

Newsport.az-ın məlumatına görə, turnirin yarımfinalında "Bavariya" ilə oyunda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb.

Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu "Bavariya" ilə görüşdən sonra qollarının sayını 77-yə yüksəldib. Bununla da, Messi "Real"ın forvardı Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right