"Barselona" "Bavariya"nı darmadağın etdi

Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, dünyanın iki nəhəng klubu üz-üzə gəlib.

“Barselona” öz meydanında “Bavariya”nı qəbul edib. Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilk dəfə olaraq sabiq komandası ilə qarşılaşıb. 

Fasiləyə qolsuz yollanan komandaların duelində ikinci hissədə 3 qol olub. Lionel Messinin dublu və Neymarın bir qolu "Barselona"ya böyükhesablı qələbə qazandırıb - 3:0.

Qeyd edək ki, bu komandalar son olaraq Çempionlar Liqasının 2012/2013 mövsümünün yarımfinal mərhələsində üz-üzə gəlib. Almaniyada keçirilən oyunda 4:0, “Nou Kapm”da isə 3:0 hesablı qələbə qazanan “Bavariya” finala yüksəlib.




6 may

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45."Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 3:0
Qollar:
 Messi, 77 (1:0), 80 (2:0), Neymar, 90+4 (3:0)



5 may 

"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:1 
Qol: 
Morata, 9 (1:0), Ronaldo, 27 (1:1), Tevez, 58-pen. (2:1)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right