Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda keçirilən “Midtyulland” - "Liverpul" oyunu (1:1) qonaqların futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, o, bu klubun Çempionlar Liqasındakı ən erkən qolunun müəllifinə çevrilib. Misirli hücumçu buna 55-ci saniyədə fərqlənməklə nail olub.
Salah həmçinin, ÇL-də vurduğu qolların sayını 22-yə çatdırıb və “Liverpul”un sözügedən turnirdəki bombardirinə çevrilib. Əvvəlki rekord Stiven Cerrarda məxsus idi – 21 qol.