Ərdoğandan oyununda baş verən hadisəyə SƏRT REAKSİYA!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsində keçirilən PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, ölkə başçısı qarşılaşmanın rumıniyalı 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadəsindən sonra meydanı tərk edən İstanbul təmsilçisinə dəstək nümayiş etdirib.

Ərdoğan UEFA-dan məsələ ilə bağlı lazımi addımı atmağı gözlədiyini deyib:

“Təmsilçimiz “Başakşəhər”in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq”.

UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlasa da, İstanbul klubunun futbolçuları meydana çıxmaq istəmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right