“Başakşəhər” otelə qayıtdı – oyun dekabrın 9-da keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) matçı təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, bununla bağlı qərarı qitə futbol qurumu qəbul edib.

Qərara əsasən, görüş dekabrın 9-da qaldığı yerdən fərqli hakimlərlər davam edəcək.

****************

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ – “Başakşəhər” matçı yarımçıq dayandırılıb.

Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, buna oyunun 14-cü dəqiqəsində 4-cü hakim Sebastian Kolteskunun İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb.  Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib.

Oyunda  hesab 0:0-dır.

"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ isə baş verənlərlə bağlı "TRT Spor"a danışıb. O bildirib ki, 4-cü hakim meydandan kənarlaşsa, matçda davam edəcəklər. 4-cü hakim oyuna çıxacağı təqdirdə isə meydanda olmayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right