"Barselona" Çemponlar Liqasını qazanacaq səviyyədə deyil"

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku "Barselona"nın Çempionlar Liqasının qalibi olacağına inanmır.

Newsport.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis bu barədə Katalon klubu ilə II tur oyunundan öncə danışarkən bildirib:

"2:8-lik "Bavariya" məğlubiyyətindən sonra "Barselona"da dəyişikliklərin olması anlaşılandı. İstedadlı futbolçulardan ibarət heyətə malikdilər, amma oyunçuların dinamika yaxalaması üçün zaman lazımdı. Bu mövsüm Çempionlar Liqasının qalibi olacaq səviyyədə deyillər. "Bavariya", "Mançester Siti" və PSJ kimi komandaların daha yaxşı alternativləri var".

Bu gecə keçiriləcək "Barselona" - "Dinamo" matçı saat 00:00-da start hötürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right