“Bu cür dramın olacağını düşünmürdük" - Zidan

“Real” futbolçuları düzgün reaksiya göstərdilər. İlk yarıda çox yaxşı oynadığımızı düşünürəm. Buraxdığımız ilk qolda ciddi səhv etdik. Bu cür dramın olacağını düşünmürdük".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Münhenqladbax) ilə oyundan sonra mətbuat konfransında deyib.

Fransalı mütəxəssis səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni belə şərh edib: “Təəssüf ki, futbolçularımız topa sahib olmaqda üstünlüyü ələ ala bilmədilər. Bunun futbolçulara necə təsir etdiyini başa düşürəm.

Hər kəs üçün çətin bir il olacaq, amma bu axşam komandamla fəxr etdim. Bu cür oynayaraq qrupdan çıxacağımıza şübhə etmirəm”.

Qeyd edək ki, B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur. Növbəti turda "Real" "İnter" i qəbul edəcək. Qarşılaşmalar noyabrın 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right