“Mançester Siti”nin hakimlərin bu qədər köməyinə ehtiyacı yoxdur”

“Portu”nun futbolçusu Pepe Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi 1:3 hesabıyla bitən matçla bağlı danışarkən hakimin qərarlarını tənqid edib:

“Mançester Siti” ilə oyunda haqsız məğlubiyyət aldıq. Onların yaxşı futbolçuları var. “Mançester Siti”nin hakimlərin bu qədər köməyinə ehtiyacı yoxdur.

Məğlub olmağı sevmirik. Oyuna yaxşı hazırlaşmışdıq və meydanda əlimizdən gələni etdik. Ancaq təəssüf ki, hakimin qərarları oyuna çox təsir etdi. Yeni bir texnologiyaya sahibik, lakin bu da bir şey edə bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right