III mərhələyə yüksələn "Qarabağ" UEFA-dan nə qədər qazanıb?

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın qazancı müəyyənləşib.

 

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb. "Qarabağ" Çempionlar Liqasının pley-offuna yüksəlsə, büdcəsini daha 7 milyon avro zənginləşdirəcək.

 

ÇL-in qrupuna vəsiqə qazanan klubların büdcəsinə isə 15,25 milyon avro əlavə olunur. Avropa Liqasının qrup mərhələsinə yollanan klub isə 2,92 milyon avro mükafat alır.

 

"Qarabağ" III təsnifat mərhələsində bu komandalardan biri ilə üz-üzə gələcək: "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Ferensvaroş" (Macarıstan), "Omoniya" (Kipr), "Dinamo" (Brest, Belarus).

 

III təsnifat mərhələsinin püşkü avqustun 31-də, pley-offun püşkü isə sentyabrın 1-də atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right