Zoran Zekiç: "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsini arzulayıram"

Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Şerif” matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Moldova klubunun baş məşqçisi Zoran Zekiç jurnalistlərin suallarını cavablandırdı.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə matç barədə danışdı:

 

- Oyundan əvvəl A və B planlarımızın olduğunu dedim. İlk səhv penalti ilə nəticələndi və ardınca oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsini arzulayıram.

 

- "Qarabağ"ın güclü tərəfləri nələr idi?
- "Qarabağ"ın çox yaxşı futbolçuları var, hücum xətti güclüdü. Bunu oyundan əvvəl də demişdim. "Qarabağ" topa nəzarət edirdi. Penalti epizoduna qədər başabaş mübarizə apardıq. İkinci hissədə hücum oyunçularını meydana buraxdıq, irəlidə dərinlik yaratmaq istədik.

 

- "Şerif"in futbolçuları bu gün oyundan daha çox rəqib oyunçularını təpikləməklə məşğul idilər. Çempionlar Liqası bir tərəfə, Moldova çempionluğunu belə oyunla qazanmısınız?
- Mən də hücum futbolu istəyərdim. Amma bugünkü oyunu antifutbol saymıram. Taktikanı rəqibə görə qurursan.

 

- Hər epizodda hakimə etiraz edirdiz. Bu oyunun emosiyası ilə bağlı idi, yoxsa hələ də hakim idarəçiliyindən narazısız?
- Oyundan sonra hakimlər barədə danışmaq düzgün deyil. Ola bilər ki, mən yanlış görmüşəm və ya hakim səhv edib. Hər halda o, epizodlara daha yaxın idi.

 

- Matçdan əvvəl Qara Qarayevin oyununu xüsusi qabartmışdız. Matçdan sonra da bu fikirdəsiz?
- Mənim üçün hələ də Azərbaycanın ən yaxşı futbolçusudu. Millidə də onu izləmişəm. Müdafiədə diqqətlidi, topla yaxşı davranır, qayıdan toplara sahıb çıxır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah