"Şerif” Bakıya 35 nəfərlə gəldi

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq Moldovanın “Şerif” klubu Bakıya gəlib.

Newsport.az xəbər verir ki, Tiraspol təmsilçisi ölkəmizə çarter reysi ilə yollanıb.

Qonaqların nümayəndə heyəti 35 nəfərdən ibarətdir. Moldovalılar şəhərin mərkəzində, Dənizkənarı parka yaxın otellərdən birində məskunlaşıb.

“Şerif” bu gün axşam oyun öncəsi son məşqini keçirəcək. Hazırlıq prosesi sabahkı matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right