"Qarabağ"ın "Şerif"lə oyun üçün iştirak ərizəsi SİYAHI

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Newsport.az-ın məlumatına görə, xəbər verir ki, 21 nəfərlik siyahıda 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

 

I təsnifat mərhələsində "Sileks"ə qarşı oyunla müqayisədə bir dəyişiklik edilib. "Səbail"ə icarəyə verilən Ruslan Hacıyev siyahıdan çıxarılıb.

 

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Ayxan Arazlı;

 

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Donald Gerye, Kevin Medina;


Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdulla Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov;

 

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı.

 

Avqustun 26-sı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah