Ronaldoya çatmaq üçün ona 2 qol lazımdır

“Bavariya”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında bir mövsümdə vurulan qol rekordunu yeniləməyə yaxındır.

Newsport.az xəbər verir ki, polşalı hücumçu turnirin finalında PSJ ilə matçda buna nail ola bilər.

Aktivində 15 qol olan oyunçu həlledici görüşdə dubl etməlidir.

Bir mövsümdə vurulan qol sayına görə rekord hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldoya məxsusdur. O, 2013/14-cü illər mövsümündə “Real”ın heyətində 17 dəfə fərqlənib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah